NATO-ya üzv ölkələrin xarici işlər nazirləri noyabrın 29-da Brüsseldə keçirilən görüşdə Ukraynaya Alyansa daxil olmaq üçün ilkin islahatlar üzrə tövsiyələr təqdim ediblər.
Azadmedia.az bu barədə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə mətbuat konfransındakı bəyanatına istinadla xəbər verir.
Belə ki, “NATO-da üzvlüyü müzakirə etdik və Ukraynada olacaq ilkin islahatlar üzrə tövsiyələrimizi verdik. Buraya korrupsiyaya qarşı mübarizə və insanların hüquqlarının dəstəklənməsi də aiddir. Ukrayna hazırda NATO-ya həmişə olduğundan daha yaxındır. Biz onun azadlıq uğrunda mübarizəsini və NATO-ya yolunu bundan sonra da dəstəkləyəcəyik”, - deyə Stoltenberq bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.