Çin Sədri Si Cinpin dekabrın 7-də Pekində Avropa İttifaqının (Aİ) rəhbərliyi ilə görüşəcək.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Xua Çunin məlumat verib.
Belə ki, “Çin və Aİ arasında razılaşmalara uyğun olaraq dekabrın 7-də Pekində 24-cü Çin-Avropa İttifaqı sammiti keçiriləcək. Çin Sədri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşəcək”, - deyə o qeyd edib.
Həmçinin onun sözlərinə görə, sammitdə Çin Dövlət Şurasının Baş naziri Li Çyan da iştirak edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.