Lənkəran ŞRPŞ əməkdaşlarının Azadmedia.az saytına verdiyi məlumata görə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də E.Fərəcovu və A.Mirzəzadəni qətlə yetirməkdə şübhəli bilinən S.Şiriyev keçmiş arvadı Ü.Abbaszadəni də öldürmək məqsədilə gəldiyi şəhərin Ş.Zahid küçəsindəki evin damında tutulmuşdur. Bu zaman müqavimət göstərsə də, o, polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir.
Ondan lüləsi və qundağı kəsilmiş “TOZ-66” markalı ov tüfəngi götürülmüşdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.