İyulun 3-ü saat 11 radələrində Füzuli rayonu, Qazaxlar kəndi ərazisində 1958-ci il təvəllüdlü Mikayıl Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi vəzifəsində işləyən Mikayıl Nəsirov qeyd edilən kənd ərazisində yerləşən su quyusunun motorunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölmüşdür.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.