AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

CƏLİLABAD RAYONUNDA VƏTƏNDAŞLARIN QAZ TƏCHİZATI İLƏ BAĞLI PROBLEMLƏRİ DİNLƏNİLDİ

  • + A
  • - A
  • 26-10-2021, 16:07


    “Azəriqaz” İstehsalat Birliyinin sayca 23-cü "Açıq mikrofon” aksiyası baş tutub. Qurumdan Azadmedia.az-a verilən məlumata görə bu dəfə “Səyyar qəbul otağ”ı Cəlilabad rayonunun Cavadxan küçəsində təşkil olunub. Bu küçədə yaşayan sakinlərin sosial şəbəkə vasitəsi ilə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə ünvanladıqları çoxsaylı müraciətlər aksiyanın bu ünvanda keçirilməsini vacib etdi. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından istifadə edərək, öz problem və təkliflərini səsləndiriblər. Sakinlər son günlər hava şəraitinin kəskin şəkildə dəyişdiyini, qış mövsümünün yaxınlaşdığını bildirərək mavi yanacağın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. "Səyyar qəbul otağı"nın imkanlarından ətraf kəndlərdə yaşayan vətəndaşlar da istifadə ediblər. Onlar da aksiya təşkil olunan ünvana üz tutaraq mövcud problemlərini bildiriblər. Ünvanlanan hər bir müraciət qeydə alınıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR