AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu rayonlarda qaz olmayacaq

  • + A
  • - A
  • 17-08-2022, 18:47

    Bu rayonlarda qaz olmayacaq

    Sabunçu və Suraxanı rayonlarının sakinlərinin nəzərinə!
    “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah-Qaradağ” Magistaral Qaz Kəmərində aşkar olunmuş qaz sızmasının və kipgəcli olan hissələrin ləğvi, həmçinin kəmərin 14-29-cu km-lər arası hissəsinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar, 18.08.2022-ci il tarixdə saat 08:00-dan işlər başa çatanadək Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Sabunçu rayonunun Nizami küçəsinin, Daş Karxanasının, Maştağa qəsəbəsinin Albalılıq bağ massivinin, və Savalan, Zabrat, II Zabrat (bir hissəsi) və Balaxanı qəsəbələrinin, Ramanı Südçülük sovxozunun, həmçinin Suraxanı rayonunun Yeni Suraxanı və Bülbülə qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Abonentlərdən texniki təhlükəsizlik qaydalarına riayət etməyi, qaz cihazlarını nəzarətdə saxlamağı xahiş edirik. Müvəqqəti narahatlığa görə üzr istəyirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR