AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəlilabadda Regional Mərkəzi Laboratoriya fəaliyyətə başlayıb

  • + A
  • - A
  • 11-11-2022, 10:25

    Cəlilabadda Regional Mərkəzi Laboratoriya fəaliyyətə başlayıb

    TƏBİB-in “Laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində 4-cü səviyyəli mərkəzləşdirilmiş regional tibbi laboratoriyalar yaradılıb.
    Regionda ilk dəfə yaradılan tam avtomatlaşdırılmış Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələrində həm Cəlilabad rayonunun, həm də Cəlilabad-Salyan Tibbi Ərazi Bölməsinə (TƏB) daxil olan rayonların əhalisinə xidmət göstəriləcək.
    Qeyd edək ki, TƏB-ə daxil olan Salyan, Neftçala və Biləsuvar rayonlarında yenidən təşkil olunan 3-cü səviyyəli laboratoriyalarda bütün rutin analizlər, regional laboratoriyada isə daha yüksək texnologiya tələb edən analizlər icra olunur. TƏB daxilində pasiyentlərin analiz üçün verdiyi qan və digər nümunələrin mərkəzləşmiş qaydada transportu standartlara uyğun təmin edilib.
    Beləliklə, pasiyentlər yaşadıqları rayondan kənara çıxmadan bütün növ analizləri verə, yerində və yaxud onlayn qaydada nəticələrini əldə edə biləcəklər.
    Regional Mərkəzi Laboratoriyanın fəaliyyətə başlamasına həsr olunmuş elmi-praktik konfransda TƏBİB işçi qrupunun mütəxəssisləri tərəfindən “Xəstəliklərin diaqnostikasında tibbi laboratoriyaların əhəmiyyəti”, “Laborator analizlərin istək olunması, xəstələrin analiz öncəsi hazırlığı” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
    Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin (KLMİB) dəstəyi ilə təlimlərin müalicə həkimləri, orta və kiçik tibbi personal üçün mütəmadi keçiriləcəyi bildirilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR