AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UNİBANK müştərilərindən xəbərsiz çirkli pulları onların adı ilə yuyur? - İDDİA

  • + A
  • - A
  • 24-11-2022, 23:55

    UNİBANK müştərilərindən xəbərsiz çirkli pulları onların adı ilə yuyur? - İDDİA

    "Bu ölkədə hər nə varsa hamısının sahibi var. A-dan Z-yə kimi. Neftinin, qazının demirəm ha adicə zibilliyinin, kanalizasiya suyunun da sahibi var. Hamısı da qaydalara tabedir... Amma deyəsən Banklar bura aid deyil". Azadmedia.az xəbər verir ki, bu sözləri jurnalist Əziz Orucov şəxsi səhifəsində yazıb və bildirib ki, kreditim olub illərlə ödəniş etmişəm Unibank-a. Və təbiki orada sənədlərim də olub. Bu "qoçaqlar" da mənim orda olan sənədlərimdən istifadə edərək adıma dollar alıblar. Yəni mənim xəbərim olmadan UNİBANK da dollar alqı satqısı aparılıb mənim adıma. Sabah hələ başqa nə sənədlər ortaya çıxar bilmək olmaz bu ölkədə... Bu gün isə mənə məlum olan odur ki, UNİBANK saxta əməliyyatlar edərək cirkli pulların bir qismini də belə yuyur!

    Bu isə öz növbəsində "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" AZƏRBAYCAN RESPUBLİKASININ Qanunu kobud şəkildə pozulmasıdır.

    Çox uzun uzadı yazaraq bezdirməyim sizləri yazan Ə.Orucov daha sonra qeyd edib ki, tarixi və saatı mənə bəlli olan zamanda mənim adımdan Qanunsuz olaraq 11500 dollar vəsaitin bankın satdığı və guya mənim aldığım bildirilir. Bu məsələ ilə bağlı UNİBANK dan açıqlama istəyirəm!

    P. S. Ya bu bankın sahibi yoxdu ya da bunlar bizlərlə oyun oynayır...
    Redaksiyadan: Gec olduğu üçün qarşı tərəfdən mövqe ala bilmədik, mövzuya qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR