AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Açıq mikrofon” bu həftəlik işini Neftçala rayonunda yekunlaşdırdı

  • + A
  • - A
  • 8-09-2023, 17:29

    “Açıq mikrofon” bu həftəlik işini Neftçala rayonunda yekunlaşdırdı

    Həftənin sonuncu “Səyyar qəbul otağı” Neftçala rayonunun Cəngan kənd sakinlərinin ixtiyarında olub. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından yararlanaraq qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Aksiyaya rayonun Bala Surra kəndindən üz tutan Rəşid Həsənov, Ramin Nağıyev, Zaur Ələkbərov və digər kənd sakinlərinin müraciəti sözügedən kəndin qazlaşdırılması ilə bağlı olub. Bundan əlavə görüş zamanı fərdi yaşayış evinə əlavə qaz sayğacının quraşdırılması, qaz xəttinin yerinin dəyildirilməsi kimi müraciətlər də səsləndirilib. Ünvanlanan sualları SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri cavablandırıb, görüş iştirakçılarına ətraflı izahatlar verilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR