AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniya İnkişaf Bankı Gürcüstanda enerji səmərəliliyinin artırılmasına dəstək verəcək

  • + A
  • - A
  • 9-03-2022, 08:11

    Almaniya İnkişaf Bankı Gürcüstanda enerji səmərəliliyinin artırılmasına dəstək verəcək

    Almaniya İnkişaf Bankı (KfW) Gürcüstanda ölkənin enerji səmərəliliyini artırmaq üçün Aİ və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq çərçivəsində yeni proqrama start verməyi planlaşdırır.

    Bu barədə Trend-ə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyindən bildiriblər.

    Bildirilib ki, Almaniyanın Gürcüstanda enerji sektorunun inkişafında əməkdaşlığının əsas istiqamətləri elektrik ötürücü xətlərin və yarımstansiyaların bərpası və tikintisi, enerji səmərəliliyi və enerji siyasətində islahatlardır.

    Gürcüstanın enerji sektorunda islahatlar proqramı artıq KfW tərəfindən Fransa İnkişaf Agentliyi (AFD) və Aİ ilə birgə həyata keçirilir.

    "Almaniya Gürcüstanın enerji sektorunda ən mühüm donorlardan biridir və 20 ildən artıqdır ki, bu sahədə ölkə ilə əməkdaşlıq edir. Bunun nəticəsidir ki, Gürcüstan hazırda Avropa Enerji İttifaqının tamhüquqlu üzvüdür", - deyə Nazirlikdən bildiriblər.


    Qeyd edilib ki, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi "yaşıl" iqtisadiyyata keçid yolunda Gürcüstanı dəstəkləməyə davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR