AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İqtisadi zonaların hərtərəfli inkişafı dövlətimizin qüdrətinin artmasına öz töhfələrini verəcək - Müsahibə

  • + A
  • - A
  • 13-06-2022, 12:05

    İqtisadi zonaların hərtərəfli inkişafı dövlətimizin qüdrətinin artmasına öz töhfələrini verəcək - Müsahibə


    Xəbər verdiyimiz kimi iyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib. İclasda iştirak edənlər arasında millət vəkili İqbal Məmmədov da vardı. Azadmedia.az İqbal müəllimlə təəssüratlarını bölüşüb:

    - İqbal müəllim, səfərin məqsədi barədə biraz geniş məlumat verməyinizi istərdik

    - Şuşadan çox gözəl təəssüratlarla qayıtmışam. İnşallah zaman-zaman təəssüratlarımı yazacam. Parlamentin komitə iclaslarının “Şuşa ili”ndə Azərbaycanın mədəniyyət paytaxtı kimi yenidən dirçələn Şuşa şəhərində keçirilməsi qürurvericidir.

    - Hesab edirəm ki, iclaslar digər işğaldan azad edilən ərazilərdə də keçirilər. Sizcə deputatıar bu fikrə necə reaksiya verər?

    - Məmnuniyyətlə Vətənin hər qarışında iclaslarda iştiraka hazırıq. Qeyd edim ki, Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsinə dəstək hörmətli Sahibə xanımdan gəlib. Verdiyi dəstəyə görə parlamentin sədri Sahibə Qafarovaya təşəkkürümü bildirirəm.

    - Əsas mövzu nə idi? Hansı mövzunun müzakirəsi əsas prioritet mövzu idi?

    - İclas “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yeni regional, sosial-iqtisadi, aqrar inkişafın ünvanıdır” mövzusunda dinləmələrə həsr olunmuşdu. Komitə sədri Siyavuş Novruzov incəsənətimizin beşiyi olan Şuşanın artıq qələbəmizin, birliyimizin də rəmzinə çevrildiyini qeyd etdi, Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə aparılan bərpa-quruculuq işlərinin miqyasından danışdı.

    - Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması ölkənin aqrar iqtisadiyyatına nə verəcək?

    - Cənab Prezident İlham Əliyevin fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmasının ölkədə regional iqtisadi idarəetmənin təkmilləşdirilməsi və ərazicə optimallaşdırılması baxımından çox əhəmiyyətlidir. Bu iqtisadi zonalara daxil olan rayonların hər birinin özünəməxsus zəngin təbii resursları var, ərazi yüksək iqtisadi potensiala malikdir.

    - İqbal müəllim, düzdür söhbətimizin əvvəlində təəssüratlarımızın zəngin olduğunu, zamanla bölüşəcəyinizi bildirdiniz. Az da olsa, oxucularımızla bölüşmək olarmı?


    - Əminəm ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə o ərazilər qısa müddətdə dirçələcək. Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların iqtisadiyyatında ənənəvi sahələrə üstünlük verilməklə yanaşı, rəqabətədavamlı qeyri-ənənəvi sahələrin də inkişaf etdiriləcək. İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafına təkan verəcək.
    Şuşanı gəzdikcə, torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizi ehtiramla andıq, qazilərimizə can sağlığı dilədik. Doğrudan da Şuşanın Azərbaycan tarixində yeri əzəvəzolunmazdır. Vətən müharibəsində böyük Zəfərdən sonra azad edilmiş ərazilərdə aparılan geniş vüsətli tikinti və quruculuq işlərini, regionun iqtisadi inkişafı və tərəqqisi istiqamətində həyata keçirilən layihələri, o cümlədən “Yaşıl enerji zonası” Konsepsiyasını yüksək dəyərləndirdik, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişaf potensialı, Böyük Qayıdışın gerçəkləşdirilməsi prosesi ilə bağlı fikir mübadiləsi apardıq.
    Son olaraq demək istəyirəm ki, iqtisadi zonaların hərtərəfli inkişafı ölkəmizin ümumi iqtisadiyyatının daha da böyüməsinə və dövlətimizin qüdrətinin artmasına öz töhfələrini verəcək.

    - Təəssüratlarınızı bölüşdüyünüz üçün təşəkkür edirəm
    .

    Xəlil Xəlilov



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR