AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda kənd təsərrüfatının ümumi məhsulu artmışdır- Statistika

  • + A
  • - A
  • 18-10-2024, 16:18

    Masallı rayonunda kənd təsərrüfatının ümumi məhsulu artmışdır- Statistika


    Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının ümumi dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 0,1 faiz artaraq 169480,3 min manat olmuşdur ki, onun da 91918,8 min manatı və ya 54,2 faizi bitkiçilik məhsullarının, 77561,5 min manatı və ya 45,8 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
    Kənd təsərrüfatı məhsullarının yığımı davam edir. 2024-cü il yanvar-sentyabr ayları ərzində dənli (çəltik istisna olmaqla), paxlalı və yağlı bitkilər üzrə 11204,5 hektar əkin sahəsindən 26807,6 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründən 86,5 ton və ya 0,3 faiz azdır. Buğda sahəsinin 7459,0 hektarından 18200,0 ton (əvvəlki ilin müvafiq dövründən 559,6 ton və ya 3,0 faiz az), arpa sahəsinin isə 2966,0 hektarından 6614,2 ton (əvvəlki ilin müvafiq dövründən 398,2 ton və ya 6,4 faiz çox) məhsul yığılmışdır. Buğda üzrə məhsuldarlıq 24,4 sent/ha (əvvəlki ilin müvafiq dövründə 24,3 sent/ha), arpa üzrə isə məhsuldarlıq 22,3 sent/ha (əvvəlki ilin müvafiq dövründə 22,2 sent/ha) olmuşdur.
    Çəltik bitkisi üzrə 138,6 hektar əkin sahəsinin 80,0 hektarından 280,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 115,0 ton və ya 69,7 faiz çoxdur. Çəltik bitkisi üzrə məhsul yığımı davam edir.
    Tərəvəz bitkiləri üzrə 2003,0 hektar əkin sahəsindən 55829,6 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 255,0 ton və ya 0,5 faiz azdır.
    Kartof bitkisi üzrə 911,0 hektar əkin sahəsindən 16036,6 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründən 143,8 ton və ya 0,9 faiz çoxdur.
    Bostan bitkiləri üzrə 317,0 hektar əkin sahəsindən 4644,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 92,0 ton və ya 2,0 faiz çoxdur.
    Fermentasiya edilməmiş tütün (qurudulmuş) üzrə 15,5 hektar əkin sahəsindən 7,5 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründən 1,8 ton və ya 31,6 faiz çoxdur.
    Yem bitkiləri üzrə 3262,0 hektar əkin sahəsindən 13048,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 1468,0 ton və ya 12,7 faiz çoxdur.
    Ədviyyat, ətirli və dərman bitkiləri, cəmi üzrə isə 31,5 hektar əkin sahəsindən 0,6 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrü ilə eyni olmuşdur.
    Heyvandarlıq. 2024-cü ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 5298,3 ton ət, 35856,5 ton süd, 46990,0 min ədəd yumurta və 148,9 ton yun istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,6 ton, süd istehsalı 15,7 ton, yumurta 1,0 min ədəd və yun istehsalı isə 0,1 ton artmışdır.
    01 oktyabr 2024-cü il vəziyyətinə 73929 baş iribuynuzlu mal-qara (ondan 37196 baş inək və camışlar), 96183 baş isə qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 127 baş və ya 0,2 faiz, inək və camışların sayı 220 baş və ya 0,6 faiz azalmış, qoyun və keçilərin sayı isə 247 baş və ya 0,3 faiz artmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR