![](/uploads/posts/2025-02/1739017685_img-20250208-wa0047.jpg)
74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov bu gün seçicilərlə görüş keçirib. Azadmedia az-ın Cənub bürosunun rəhbəri Rəmzi Şahverdiyevin verdiyi məlumata görə millət vəkili Məşhur Məmmədovun seçicilərlə görüşü Masallı rayon Bədəlan İnzibati Ərazi Dairəsinin Ağsaqqallar Evində baş tutub.
![](/uploads/posts/2025-02/1739017638_img-20250208-wa0045.jpg)
Görüşdən öncə millət vəkili, köməkçiləri, kəndin səlahiyyətli şəxsləri və qəbula gələnlər Bədəlan kənd şəhidlərinin xatirəsinə inşa edilən Şəhidlər Bulağını ziyarət edərək gül düzüb, torpaq uğrunda canından keçən cəmi şəhidlərin xatirəsini yad ediblər.
R.Şahverdiyev qeyd edib ki, Bədalan ərazi dairəsinə Dəmirçi, Aşurlu, Çayqırağı, Bədəlan kəndləri daxildir. Görüşə 4 kənddən seçicilər gəlib. Onların hər birinə arzu və problemlərini bildirmək üçün şərait yaradılıb.
Görüş zamanı millət vəkili Məşhur Məmmədov ölkə rəhbəri İlham Əliyevin hər zaman əhalinin sosial müdafiəsinin və sosial rifah halının yaxşılaşması üçün gördüyü işlərdən söz açaraq, qeyd edib ki, bu həftə Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Bu dəyişikliklərə əsasən, 2025-ci il fevralın 1-dən etibarən Azərbaycanda minimum pensiya məbləği 280 manatdan 320 manata yüksəldilib.
Bu qanun ölkədə sosial müdafiənin gücləndirilməsi, pensiyaçılar üçün həyat səviyyəsinin yaxşılaşdırılması və onların rifahının artırılması məqsədini daşıyır. Minimum pensiyanın artırılması təxminən 200 min pensiyaçını əhatə edəcək. Bu dəyişiklik, Azərbaycan hökumətinin sosial siyasətində vətəndaşların rifahına önəm verməsinin növbəti göstəricisidir.
Qəbul-görüşdə növbəli olaraq 60 nəfər iştirak edib. Onlardan 11 nəfər müxtəlif məsələlərlə bağlı müraciət edib. Edilən müraciətlərin bəziləri yerindəcə həllini tapıb. Digər seçicilərin istəkləri səlahiyyətləri çərçivəsində aidiyyəti yerlərlə həllinə çalışmaq üçün millət vəkilinin köməkçisi Əli Nağıyev tərəfindən qeydə alınıb.
Seçicilərin problemlərinin daha operativ həllinə nail olmaq üçün görüşdə Masallı rayonu Şəhid Ailələri və Qazilərlə İş şöbəsinin müdiri Qəşəm Hadıyev və Masallı Rayon Bədəlan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mətanət Paşayeva iştirak edib.
Seçicilər səmimi ortamda keçirilən görüş üçün millət vəkilinə və gprüş təşkilatçılarına təşəkkür ediblər.
Masallı rayonuna səfəri çərçivəsində millət vəkili Məşhur Məmmədovun görüşləri davam edir.
![](/uploads/posts/2025-02/1739017546_img-20250208-wa0105.jpg)
![](/uploads/posts/2025-02/1739017537_img-20250208-wa0103.jpg)
![](/uploads/posts/2025-02/1739017564_img-20250208-wa0099.jpg)
![](/uploads/posts/2025-02/1739017550_img-20250208-wa0101.jpg)
![](/uploads/posts/2025-02/1739017534_img-20250208-wa0097.jpg)
![](/uploads/posts/2025-02/1739017564_img-20250208-wa0095.jpg)
![](/uploads/posts/2025-02/1739017600_img-20250208-wa0093.jpg)
![](/uploads/posts/2025-02/1739017550_img-20250208-wa0091.jpg)
![](/uploads/posts/2025-02/1739017597_img-20250208-wa0088.jpg)
![](/uploads/posts/2025-02/1739017576_img-20250208-wa0089.jpg)
![](/uploads/posts/2025-02/1739017546_img-20250208-wa0085.jpg)
![](/uploads/posts/2025-02/1739017613_img-20250208-wa0083.jpg)
![](/uploads/posts/2025-02/1739017606_img-20250208-wa0079.jpg)
![](/uploads/posts/2025-02/1739017573_img-20250208-wa0081.jpg)
![](/uploads/posts/2025-02/1739017624_img-20250208-wa0075.jpg)
![](/uploads/posts/2025-02/1739017571_img-20250208-wa0078.jpg)
![](/uploads/posts/2025-02/1739017609_img-20250208-wa0073.jpg)
![](/uploads/posts/2025-02/1739017571_img-20250208-wa0071.jpg)
![](/uploads/posts/2025-02/1739017571_img-20250208-wa0069.jpg)
![](/uploads/posts/2025-02/1739017656_img-20250208-wa0067.jpg)
![](/uploads/posts/2025-02/1739017589_img-20250208-wa0065.jpg)
![](/uploads/posts/2025-02/1739017620_img-20250208-wa0063.jpg)
![](/uploads/posts/2025-02/1739017602_img-20250208-wa0059.jpg)
![](/uploads/posts/2025-02/1739017610_img-20250208-wa0061.jpg)
![](/uploads/posts/2025-02/1739017627_img-20250208-wa0057.jpg)
![](/uploads/posts/2025-02/1739017663_img-20250208-wa0055.jpg)
![](/uploads/posts/2025-02/1739017674_img-20250208-wa0053.jpg)
![](/uploads/posts/2025-02/1739017628_img-20250208-wa0051.jpg)
![](/uploads/posts/2025-02/1739017615_img-20250208-wa0049.jpg)
![](/uploads/posts/2025-02/1739017685_img-20250208-wa0047.jpg)
![](/uploads/posts/2025-02/1739017608_img-20250208-wa0041.jpg)
![](/uploads/posts/2025-02/1739017622_img-20250208-wa0040.jpg)
![](/uploads/posts/2025-02/1739017659_img-20250208-wa0039.jpg)
![](/uploads/posts/2025-02/1739017792_img-20250208-wa0105.jpg)
![](/uploads/posts/2025-02/1739017709_img-20250208-wa0101.jpg)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.