AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Arxeoloq alimlər Girne şəhərində keçirilən Beynəlxalq Simpozumda məruzə ediblər

  • + A
  • - A
  • 30-04-2025, 11:29

    Arxeoloq alimlər Girne şəhərində keçirilən Beynəlxalq Simpozumda məruzə ediblər

    28-29 aprel 2025-ci ildə Şimali Kipr Türk Respublikasının Girne şəhərindəki Yakın Doğu Universitetində 19-cu Uluslararasi Türk Kültürü, Sanatı ve Kültürel Mirası Koruma Sempoziumu (Sanat Etkinlikleri) keçirilmişdir. 
    Aydın Adnan Menderes Üniversitesi, Kuzey Kıbrıs Yakın Doğu Üniversitesi, AMEA Memarlıq və İncəsənət Universiteti, Selçuk Üniversitesi, Arnavutluk Elbasan “Aleksandër Xhuvani” Üniversitesi, Moldova Qaqauzya Komrad Dövlət Üniversiteti, Kuzey Makedonya İleri Araştirmalar Merkezi-Üsküp, Özbekistan Termez Devlet Üniversitesi və d. elm-mədəni müəssisələrin təşkil etdiyi simpozium Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, professor Qafaq Cəbiyevin 75 illiyinə həsr edilmişdi. 
    Bir sıra ölkə (Amerika, Türkiyə, Şimali Kipr, İtaliya, Moldova, Özbəkistan, Qazaxstan və d.) alimlərinin iştirak etdiyi, hibrid formatda 13 bölmə üzrə təşkil edilən simpoziumda AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri  - t.e.d., prof. Qafar Cəbiyev, t.e.d., prof. Abbas Seyidov, t.ü.f.d., dos. Leyla Rüstəmova və elmi işçi Bədircahan Məmmədova aktual məruzələr ediblər.  
    Maraqlı müzakirələr və mədəni proqramda yaddaşlarda iz qoyan simpoziumun məruzələrinin nəşri nəzərdə tutulmuşdur. 


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR