AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Allahşükür Paşazadə ABŞ-yə səfərə yola düşür

  • + A
  • - A
  • Bu gün, 15:09

    Allahşükür Paşazadə ABŞ-yə səfərə yola düşür

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür.

    Bu barədə QMİ-dən məlumat verilib.

    Qeyd edilib ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq A. Paşazadə ştat rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

    ABŞ-a səfəri çərçivəsində şeyxülislamın Vaşinqtonda dinlərlə bağlı qurumlarda, habelə Senat və Konqres üzvləri ilə görüşləri nəzərdə tutulur.

    QMİ sədrinin həmçinin Nyu-Yorkda BMT rəsmiləri, "Dinlər Sülh uğrunda" Təşkilatı və "Vicdana çağırış" Fondunun rəhbərləri və başqaları ilə görüşləri də planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR