AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan cəmiyyətində şeyxnəsrullalıq etmək istəyir - DEPUTATDAN İRAD

  • + A
  • - A
  • 31-01-2024, 11:15

    Azərbaycan cəmiyyətində şeyxnəsrullalıq etmək istəyir - DEPUTATDAN İRAD

    Filoloqun STEM hoqqabazlığı davam etməkdədir. Cəmiyyəti savadsız yerinə qoymaqdan, ancaq əssasız reklamla insanların gözünə kül üfürməkdən böyük qəbahət yoxdur. Əziz valideynlər! Sizin nəzərinizə bu liseylə bağlı 2 mühüm faktı çatdıracam. Hədəf STEAM liseyinin Respublika Fənn Olimpiadası üzrə yarımfinal mərhələsinə cəmi 9 şagirdi adlayıb. Ana dili və ədəbiyyat üzrə -3 nəfər, Riyaziyyat - 3 nəfər, İnformatika-3 nəfər, Coğrafiya -1 nəfər.
    Diqqət edin: STEM (science+technology+engineering+math) qısaltmasında Science –fizika, kimya, biologiya deməkdir. Bu necə STEM liseydir ki, təbiət fənlərindən bircə nəfər belə Respublika fənn olimpiadasında birinci turu belə keçə bilməyib? Bu liseydə təhsil haqqları 7. 000-10.000 manatdır. Ancaq pulsuz təhsil verən Tərəqqi texniki humanitar liseyinin 29 şagirdi Respublika Fənn Olimpiadası üzrə yarımfinal mərhələsinə keçib. Sosial tədbirlərlə dərs prosesini pozub, sosial şəbəkələrdə tədbir şəkilləri paylaşmaqdansa, bəlkə bu məsələni düşünsünlər?
    İkinci ifşaedici fakt: “Sabahın alimləri” müsabiqəsinin heç bir kateqoriyasında Hədəf liseyinin adı yoxdur. Bu liseyin adı heç olmasa mühəndislikdə olmalı idi. Bu necə mühəndislik liseyidir ki, Mühəndislik kateqoriyasından (ümumiyyətlə heç birindən) bircə nəfər belə növbəti mərhələyə keçməyib.
    Şəmil Sadiqov yazır: “Ölkəmizdə elmin inkişafı və tərəqqisi üçün əlimizdən gələn nə varsa edirik. Edəcəyik, lap acığa 2038-ci ildə Saturna gedən gəmini də biz hazırlayacağıq.” Filoloq Saturna gedən gəmi hazırlayır! Görəsən Saturnun qaz planeti olduğunu bilirmi? Gedib harasına qonacaq? Şair-filoloq STEM mütəxəssisi olub! Liseyin internet səhifəsində “Komandamız” başlığına baxın, bir nəfər belə texniki təhsili olan şəxs yoxdur! Bu kadrlarla STEM təlimləri keçir? Azərbaycan cəmiyyətində şeyxnəsrullalıq etmək istəyir. Kimsə elə hesab edirsə ki, bilmədiyi mövzularda cəmiyyətin gözünə kül üfürür, böyük səhv edir... Bu ölkədə kifayət qədər savadlı kadrlar var! Hər kəs bildiyi mövzudan danışsa işlər də düz gedər.
    Etibar Əliyev,
    Milli Məclisin deputatı,
    Təhsil üzrə ekspert




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR