AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada məktəbli elektron siqaret çəkdikdən sonra ölüb

  • + A
  • - A
  • 22-10-2023, 14:00

    Rusiyada məktəbli elektron siqaret çəkdikdən sonra ölüb


    Rusiyada 16 yaşlı məktəbli qız elektron siqaret çəkdikdən sonra dünyasını dəyişib.

    Məlumata görə, hadisə Rusiyanın Elektroqorsk şəhərində baş verib. Qızının otağından şübhəli səslər eşidən ata oraya gəlib, çarpayıda uzanan qızın qıvrıldığını və xırıldadığını görüb. Şəhər xəstəxanasına çatdırılan qız həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

    Mərhumun alt paltarından birdəfəlik elektron siqaret tapılıb. O, müayinəyə göndərilib. Yeniyetmənin ölümünün dəqiq səbəbini həkim ekspertizadan sonra müəyyən edəcək.

    Valideynlər qızın elektron siqaret çəkdiyini bilməyiblər.

    Hadisə ilə bağlı polis araşdırma aparır.

    Mənbə: Shot


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR