Azərbaycan Gəncləri günü 2 fevral tarixində qeyd olunur .
Bu gün 1997 - ci ildə ümummili lider Heydər Əliyevin sərəncamı ilə təsdiq edilmişdir . Bu addım diqqət və qayğının bir nümunəsi idi .
Göstərilən diqqət və qayğının nəticəsidir ki , Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi iə inteqrasiya etməyə qadir olan nəsil yetişir.
Həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və inovativ potensialının reallaşmasına hər tərəfli imkan yaratmaqla yanaşı, dərin vətənpərvərlik ruhu formalaşdırmışdır .
Gənclik bizə 44 günlük Vətən müharibəsi Zəfər salnaməsi yazmışdır .
Çox xoşbəxtəm ki gənclər sahəsində işləyirəm . Artıq illərdir ki bu sektorda çalışıram və gənclərin rifahı üçün onların inkişafında rol oynayıram .
Qətiyyətlə deyə bilərəm ki çalışdığım müəssisənin hər bir gənc üzvü ,prezident cənab İlham Əliyevin uğurlu apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır .
Əziz Azərbaycan gəncləri sizlər bizim gələcəyimisiniz.Gənclər gününüz mübarək !
Bakı Gənclər Mərkəzinin əməkdaşı Arzu Qarazadə .
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.