Azərbaycan Dəmir Yollarının (ADY) bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15% üstələyib.
Bununla bağlı ADY məlumat yayıb.
Bildirilib ki, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb.
Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 nəfər sərnişin səfər edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.