AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda qazma üzrə beynəlxalq sərgi və konfrans keçirilir

  • + A
  • - A
  • Bu gün, 09:29

    Bakıda qazma üzrə beynəlxalq sərgi və konfrans keçirilir

    Bu gün Bakıda Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) təşkil etdiyi “IADC Drilling Caspian 2025” qazma sərgisi və konfransı işə başlayıb.

    Tədbirdə sənaye liderləri və qazma mütəxəssisləri problemlərin müzakirəsi və qabaqcıl təcrübə və praktikanın mübadiləsi üçün iştirak edirlər.

    Fevralın 8-nə qədər davam edəcək “IADC Drilling Caspian 2025” sərgi-konfransında qazmanın avtomatlaşdırılması da daxil olmaqla, qabaqcıl texnoloji nailiyyətlər, müvafiq texniki inkişafın tematik tədqiqatları və neft-qazın Xəzər regionuna təsiri təqdim olunacaq.

    Tədbirdə həmçinin təhlükəsizlik və təlim yanaşmalarının inkişafı işıqlandırılacaq, sağlamlıq, əmək və ətraf mühitin mühafizəsi göstəricilərinin yaxşılaşdırılması üçün istifadə edilə bilən yeni alətlər və proseslər haqqında praktiki məlumat veriləcək.

    IADC 1940-cı ildə yaradılıb və dünya neft hasilatı/neft-qaz sənayesində və qazma işlərinin aparılması tələb olunan digər sahələrdə fəaliyyət göstərən şirkətlərin maraqlarını təmsil edən yeganə qurumdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR