AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Ordusu antiterror əməliyyatları zamanı 25 nəfəri saxlayıb

  • + A
  • - A
  • Bu gün, 20:12

    İsrail Ordusu antiterror əməliyyatları zamanı 25 nəfəri saxlayıb

    İsrailin İordan çayının Qərb sahilinin şimalındakı ərazilərdə həyata keçirdiyi antiterror əməliyyatları zamanı 25-dən çox fələstinli saxlanılıb.

    Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) press-relizində deyilir.

    Hərbçilər Tamun və Faraa şəhərlərində orduya qarşı hücumlarda istifadə oluna biləcək partlayıcı, silah və partlayıcı qurğular istehsalı həyata keçirilən laboratoriyalar aşkar ediblər.

    Onlar İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilində antiterror əməliyyatlarını davam etdirəcəklərinə söz veriblər.

    Qeyd edək ki, İsrail ordusu ekstremistlərə qarşı fəaliyyət göstərdiyini iddia edərək İordan çayının qərb sahilindəki Fələstin ərazilərində vaxtaşırı əməliyyatlar həyata keçirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR