AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AK sədri: Aİ ABŞ ilə əməkdaşlığa hazırdır, lakin qarşılıqlı münasibətlərdə öz maraqlarını qoruyacaq

  • + A
  • - A
  • Bu gün, 19:02

    AK sədri: Aİ ABŞ ilə əməkdaşlığa hazırdır, lakin qarşılıqlı münasibətlərdə öz maraqlarını qoruyacaq


    Avropa İttifaqı (Aİ) ABŞ ilə əməkdaşlığa və eyni zamanda öz ticari-iqtisadi maraqlarını qorumağa, Birləşmiş Ştatların Avropa mallarına rüsum tətbiq edəcəyi halda isə bu addıma cavab verməyə hazırdır.

    Bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Polşanın Baş naziri Donald Tusk ilə Qdanskda birgə mətbuat konfransında bildirib.

    “Aİ və ABŞ arasında ticarət Atlantikanın hər iki tərəfindəki insanlar və biznes üçün faydalıdır. Dünyanın heç bir yerində Avropa İttifaqı və Birləşmiş Ştatlar kimi bir-biri ilə bu qədər sıx bağlı olan iki böyük iqtisadiyyat yoxdur”, - o qeyd edib.

    Fon der Lyayenin sözlərinə görə, rüsumlar biznes xərclərini artırır, həm istehsalçılara, həm də istehlakçılara ziyan vurur, lüzumsuz iqtisadi problemlər yaradır.

    "Buna görə də məsələ məqsədyönlü ədalətsiz və ya özbaşına tədbirlərlə bağlı olduqda, Avropa İttifaqı qətiyyətlə cavab verəcək", - o vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR