AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda yeni yolun çəkilişi ilə əlaqədar 1650 ədəd ağac köçürüləcək

  • + A
  • - A
  • Bu gün, 20:49

    Bakıda yeni yolun çəkilişi ilə əlaqədar 1650 ədəd ağac köçürüləcək



    Dövlət Ekoloji Ekspertiza Agentliyində “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlərlə bağlı ictimai dinləmə keçirilib. Əlaqədar dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əsas məqsəd yaxın 5 ildə sərəncam üzrə həyata keçiriləcək layihələrin icrası zamanı ətraf mühitə təsirlərin qiymətləndirilməsinə, ekoloji təhlükəsizlik və ekoloji normaların gözlənilməsinə, bütövlükdə ekoloji qanunvericiliyin tələblərinə diqqət çəkilməsi olub.

    Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib ki, bu gün ictimai dinləmədə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər planından irəli gələn layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir: “Bakı şəhəri və Abşeron yarımadasında tıxacların qarşısının alınması insanların rahat hərəkət etməsi üçün nəzərdə tutulan tədbirlərdən ən vacibi yol infrastrukturunun bütün normalara cavab verməsi, mövcud yolların genişləndirilməsi, yeni yolların salınması, eyni zamanda, alternativ, modern üsulların tətbiqidir. Amma əsas məqsədimiz ondan ibarətdir ki, bu layihələrin icrası zamanı ətraf mühitin mühafizəsi normalarına maksimum diqqət yetirilsin. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və ya ziyanın minimum həddə çatdırılması üçün alternativ variantlar seçilsin. Həmçinin yolun çəkilişi zamanı mövcud olan torpaq qatının, yaşıllıqların və digər ətraf mühit komponentlərinin kompensasiyası layihədə öz əksini tapsın. Əgər bu gün 5-10 ağac layihə altına düşürsə, onlar aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmiş əraziyə əkilsin. Həmin ağaclara aqrotexniki xidmət göstərilsin, onların tələf olmasının qarşısı alınsın”, - deyə M.Qənbərov bildirib.

    Tədbirdə yeni çəkiləcək Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinə qədər olan avtomobil yolunun layihəsi də müzakirə olunub. Qeyd edilib ki, layihə üzrə birinci hissədə metronun "Ulduz" stansiyasından Keşlə bazarına kimi, ikinci hissədə ərazidəki təhsil akademiyası istiqamətində, daha sonra Keşlə bazarının qarşısındakı iaşə obyekti ərazisindən, sonda isə akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər yolun çəkilməsidir. Bildirilib ki, sözügedən ərazidən ümumilikdə 1 650 ağacın, 491 ədəd kol və tingin köçürülməsi planlaşdırılır.
    "Ulduz" stansiyasından Keşlə bazarına kimi 2 km ərazidən 586 ağac, akademiya ərazisindən 73 ağac, Keşlə bazarının qarşısındakı iaşə obyekti ərazisindən 170 ağac, akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər 730 m ərazidən isə 820 ağac köçürülməlidir.

    M.Qənbərov söyləyib ki, Keşlə bazarı və akademiya ərazisindəki ağacların köçürülməsi ilə bağlı rəy artıq hazırdır:
    "Ağacların köçürüləcəyi ərazilər müəyyənləşdirildikdən sonra rəy müvafiq rayon icra hakimiyyətinə göndəriləcək. Əgər yol çəkilməsindən danışırıqsa, ağaclar daşınmalı, ekoloji normalar, təmizlik nəzərə alınmalıdır. Bütün qurumlar bu istiqamətdə bir-biri ilə sıx əlaqədə işləməlidir”, - deyə qurum rəhbəri bildirib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR