AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anası ali təhsilli olan şagirdin nəticəsi daha yaxşı olur - Nazir

  • + A
  • - A
  • Dünən, 11:21

    Anası ali təhsilli olan şagirdin nəticəsi daha yaxşı olur - Nazir

    "100-120 il əvvəl, xüsusilə də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müsəlman şərqində ilk dünyəvi qızlar məktəbinin açılması bu gün sadəcə bir tarixi hadisə kimi görünsə də, əslində bugünkü mühəndis, riyaziyyatçı və müəllim qadınların cəmiyyətə inteqrasiyasının əsasını qoymuşdu.

    Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Bakı Dövlət Universitetində təşkil edilən “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda deyib.

    “Başa düşməliyik ki, tarix boyu hər bir çətinlik insanı inkişafa sövq edən bir amil olub. Bizim cəmiyyət, xüsusilə də xanımlar və yeni nəsildən olan qızlar 120 il əvvəlki vəziyyəti dərk etməli və bu gün əldə etdikləri imkanların qiymətini bilməlidirlər. Bu irəliləyişi qorumaq və daha da inkişaf etdirmək üçün həmin riski daim nəzərdə saxlamalı və qızların təhsil imkanlarını genişləndirməyə çalışmalıyıq”, – deyə nazir qeyd edib.

    O bildirib ki, Azərbaycanda qızların təhsili uzunmüddətli hədəflərdəndir. Nazirin sözlərinə görə, təhsil sahəsində görülən işlərin nəticəsi adətən ən tezi 20 il müddətinə görülür:

    "Məsələn, bu gün təhsil almayan qız 10-15 ildən sonra ana olur və övladı növbəti 20 ilə əmək bazarına daxil olur. Təxminən 35 ildən sonrakı reallığı - bu günün fəaliyyəti və ya fəaliyyətsizliyini müşahidə etmiş oluruq. Bu səbəbdən qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacib amildir".

    E.Əmrullayev bildirib ki, Azərbaycan qadını və qızlarının üzləşdiyi təhdid və təhlükəni düzgün başa düşmək lazımdır:

    "Tədqiqatlar onu göstərir ki, anası ali təhsilli olan şagirdlərin ortalama nəticələri PISA-da 1.3 il təhsilli olmayan ailələrdə böyüdülən şagirdlərə nisbətdə daha yaxşı olur. Eyni zamanda sağlamlıq baxımından ali təhsilli ailələrdə uşaqların erkən yaşda ölümü 5-10 % daha azdır. Həmçinin uzun müddətli qızların təhsilinə yatırılan vəsaitin hər bir manatının geriyə dönüşü təxminən 20 % təşkil edir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR