Ukraynaya sülhməramlı qoşunların göndərilməsini müzakirə etmək hələ tezdir.
Bu barədə Almaniya Kansleri Olaf Şoltz bildirib.
“Berlinin hərbi əməliyyatları dayandırmaq üçün alman hərbçilərini göndərməyə hazır olub-olmaması indiki vaxtda müzakirə etməli olduğumuz bir məsələ deyil.
Biz hələ atəşkəsdən çox uzağıq və beynəlxalq qoşunların, BMT qoşunlarının və ya başqa hansısa qüvvələrin orada rol oynayıb-oynamayacağı barədə heç bir məlumatımız yoxdur", - Şoltz vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.