AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elm və təhsil naziri Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

  • + A
  • - A
  • 21-01-2026, 19:51

    Elm və təhsil naziri Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

    Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüş keçirilib.

    Görüşdə iki ölkə arasında ali təhsil sahəsində strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, iki ölkənin ali təhsil müəssisələri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib.

    Görüş zamanı Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında təhsil və elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

    Qeyd edək ki, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Hacettepe və Ankara universitetlərini də ziyarət edib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR