Azərbaycan Respublikası və ABŞ arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulmuşdur. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 1992-ci ilin martında, ABŞ-ın Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılmışdır. Azərbaycan Respublikası 1992-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr 1992-ci ildə yaradılmışdır. Hazırda, ABŞ-ın Azərbaycanda bir səfirliyi, Azərbaycanın isə ABŞ-da bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir.
Azərbaycanla ABŞ arasında enerji sahəsində davam edən məhsuldar əməkdaşlıq uğurlu tarixçəyə malikdir. Belə ki, 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri – Çıraq - Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə “Əsrin müqaviləsi”ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan bəri ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü sazişində də ABŞ-ın Şevron və Ekson şirkətləri yer almışdır.
ABŞ, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini, xüsusilə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsini dəstəkləyir. Bu xüsusda ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə bildirmişdir ki, ABŞ Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiqdir və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəkləyir. “Mən Azərbaycanın Xəzər dənizindən enerji resurslarının inkişafı və ixracı da daxil olmaqla qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirirəm”.
ABŞ Prezidenti Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik etmişdir. Təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verildiyi bildirilib. Müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıb. Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır. ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir.
Həmçinin təbrikdə qeyd olunub ki, ölkələrarasındakı münasibətlərin inkişafı yeni perspektivlər üçün yol açır. ABŞ-ın dövlət katibi Entoni Blinkenin aprelin sonlarında etdiyi telefon zəngi zamanı aparılmış söhbətlərdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi ABŞ-ın bu istiqamətdəki siyasətinin prioriteti kimi vurğulanmışdır. Burada enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsi, insan haqlarının qorunması kimi məsələlər xüsusi olaraq vurğulanır.
Məktubda “Regionda sülhün bərqərar olunmasına ABŞ töhfələr verə bilər. Müharibədən yeni çıxmış ölkəmizin bundan sonra qonşu dövlətlərlə sülh içində yaşamasına ümid” ifadə edən ABŞ rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını vurğulayır. Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasında kömək etmək və icmalara yanaşı yaşamaq lazım olduğunu izah etmək istiqamətində ABŞ-ın verə biləcəyi töhfələr danılmazdır.
Xoşqədəm Hacıbalazadə
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.