AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-da “ADAU valideynlərin gözü ilə” adlı onlayn görüş keçirilib

  • + A
  • - A
  • 7-06-2021, 20:00


    Azərbaycan Dövlət Aqrar Universitetində(ADAU) tədrisin keyfiyyətinin və tələbələrin biliyinin qiymətləndirilməsinin, kadr hazırlığının mövcud vəziyyətinin əmək bazarının tələblərinə uyğunluq dərəcəsinin, valideynlərin universitedən məmnunluğunun müəyyən edilməsi, onların rəy və təkliflərinin idarəetmə qərarlarının qəbul edilməsində nəzərə alınması qarşıya qoyulan əsas vəzifələrdəndir. Xüsusilə pandemiya dövründə, tədris prosesinin məsafədən (distant) həyata keçirildiyi bir vaxtda valideynlərlə müzakirələrin aparılması aktuallığını daha da artırmışdır. Bunu nəzərə alaraq universitetdə “ADAU valideynlərin gözü ilə” adlı onlayn müzakirə keçirilmişdir. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, universitetin təklif etdiyi təhsil xidmətlərindən faydalanan tərəf kimi valideynlərin fikirlərinin, rəylərinin öyrənilməsi kadr hazırlığı sisteminin təkmilləşdirilməsində yeni istiqamətlərin müəyyən edilməsinə şərait yaradır. Rektor qeyd edib ki, tədris prosesinin, o cümlədən imtahanların məsafədən (distant) təşkil olunduğu bir şəraitdə valideynlərin bu prosesləri daha yaxından izləmək imkanlarına malikdirlər və valideyn-universitet əlaqələri yalnız tədris intizamı ilə məsələləri məhdudlaşmamalı, kadr hazırlığının keyfiyyətinə töhfələr verə bilən müzakirələrin aparılmasından, təkliflərin verilməsindən ibarət olmalıdır.
    Müxtəlif peşə sahələrini və regionları təmsil edən çoxsaylı valideynlərin iştirakı ilə keçirilən görüşdə Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini, təhsil sektorunun müdiri Emin Əliyev, valideynlərdən Elxan Məmmədov, Tünzalə Muradova, Nüsrət Vəliyev, Xatirə İsgəndərova, Aytən Yusifova, Nofəl Qasımov, Günay Əliyeva, Sevinc Həsənova, Validə Bayramova, Leyla Babayeva, İradə Həsənova, Sevinc Əhmədova, tələbələrdən Abubakar Çerçiyev və başqaları çıxış edərək ADAU-da keyfiyyətli təhsil almaq üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirməklə yanaşı universitet-valideyn əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd ediblər, tədrisin keyfiyyətinin yüksəldilməsi, pandemiya şəraitində onlayn tədrisdə olan problemlər barədə və onların aradan qaldırılması istiqamətində təkliflərlə çıxış ediblər. Yekunda rektor İbrahim Cəfərov bütün sualları cavablandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR