AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan polisi tarixin bütün dövrlərində sabitliyin qarantı olub

  • + A
  • - A
  • 2-07-2021, 08:24

    Azərbaycan polisi tarixin bütün dövrlərində sabitliyin qarantı olub

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    İyulun 2-də Azərbaycanda polis işçilərinin peşə bayramı qeyd edilir. Azərbaycan polisi yaranmasının 103-cü ilini qeyd edir.
    Keçmiş SSRİ dövründə bu tarix unudulsa da, demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Ümummilli Liderimiz Heydər Əliyev 1998-ci ildə imzaladağı Fərmanla iyulun 2-ni Azərbaycan Polisi günü elan etdu. 1918-ci il iyulun 2-də Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılması ilə başlamış, həmin dövrdə polis Cümhuriyyətin formalaşmasında, milli mənafelərin qorunmasında xüsusi rol oynamışdı. Sovet hakimiyyəti dönəmində bütün ziddiyyətlərinə baxmayaraq, Azərbaycan polisi böyük inkişaf yolu keçmiş, faşizmə qarşı müharibədə fəal iştirak etmişdir.
    Cümhuriyyətdən sonra Azərbaycanda polisə diqqət və qayğı dövrünün ən əhəmiyyətli mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər olmuşdur. Keçmiş ittifaq miqaysında Daxili İşlər Nazirliyi təşkilati cəhətdən möhkəmlənmiş, şəxsi heyəti yüksək peşə hazırlığı əldə etmişdir. 1980-ci illərin sonlarında, daxili işlər orqanları özünün birbaşa funksiyalarını həyata keçirməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən milli müdafiə vəzifələrini də layiqincə yerinə yetirmişdir.
    Azərbaycan polislərinin çevikliyi və peşəkarlığı sayəsində ölkəmiz dünyanın ən sabit ölkələri sırasındadır. Ulu Öndərin davamçısı Prezident cənab İlham Əliyev də dövlətin möhkəmliyinin əsas qarantı olan Daxili İşlər Nazirliyinə həmişə diqqət ayırmış, özündə minlərlə polis heyətini birləşdirən DİN heyəti üçün bütün lazımi şərait yaradılması üçün göstəriş vermişdi. Yüksək səviyyədə təmir olunub tibbi personalla polislərə və ailələrinə xidmət göstərən DİN Hospitalı, verdiyi təhsillə dünyanın öndə gedən ali təhsil ocaqları ilə rəqabət aparan Polis Akademiyası dövlətin rəhbərlik səviyyəsində öz polisinə göstərdiyi diqqət və qayğının təzahürüdür.
    Vətən Müharibəsi dövründə istər ölkədə sabitliyi qoruyan, istərsə də izdihamlı şəhid dəfnlərində asayişə nəzarət edən polislərin rolu danılmazdır. Onların pandemiya dövründə yağışda, qarda, günün istisində açıq havada xalqın sağlamlığı uğrunda göstərdikləri xidmətləri də Azərbaycan xalqı heç vaxt unutmayacaq. Pandemiya və Vətən Müharibəsində sabitliyin pozulmaması, həyatın öz axarı ilə davam etməsi bir daha göstərdi ki, cənab Prezident İlham Əliyev DİN-ə nazir təyin etdiyi general-polkovnik Vilayət Eyvazov çox uğurlu təyinatdır, Prezidentin etimadını layiqincə doğruldur.

    Bütün polislərimizi peşə bayramı münasibətilə təbrik edirəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR