AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Zəfər yolu” sənədli filminin təqdimatı keçirildi - Foto

  • + A
  • - A
  • 28-11-2021, 13:06



    Noyabrın 27-də “Davam” Gənclər Hərəkatının Bakı ofisində “Zəfər yolu” sənədli filminin təqdimat mərasimi keçirilib.

    Azadmedia.az Asiya.az-a istinadən xəbər verir ki, “Masal prodakşn”-ın istehsal etdiyi ekran əsəri Masallıdan olan şəhidlərin əziz ruhuna ithaf olunub. Filmin premyerasında Milli Məclisin deputatları – Razi Nurullayev, Aydın Mirzəzadə, Aydın Hüseynov, Ceyhun Məmmədov, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, ziyalılar, kino mütəxəssisləri, şəhid ailələri, qazilər, ictimayət və media nümayəndələri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan “Masal prodakşn”-ın baş direktoru Cəfər Cəfərov bildirib ki, bugünkü informasiya dövründə audio-vizual, xüsusilə sənədli filmlərin çox böyük əhəmiyyəti var. Ölkəmiz tarixinin ən gözəl günlərini yaşayır. Buna görə də Ali Baş Komandan İlham Əliyev başda olmaqla qüdrətli Ordumuza təşəkkür edirəm. Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Ekran əsəri haqqında məlumat verən Cəfər Cəfərov qeyd edib ki, filmdə Vətən Müharibəsi dövründə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər Masallı sakinlərinin ümumi Qələbədə oynadığı rol göstərilir:

    “Həm əsgərlərimiz, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi-psixoloji ruh yüksəkliyi, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlı kimi Masallı sakinlərinin Qələbəyə sona qədər inam bəsləməsi, onların keçdiyi ZƏFƏR YOLU filmdə öz əksini tapıb”.

    Sonra “Zəfər yolu” sənədli filmi nümayiş olunub. Nümayişdən sonra çıxış edənlər filmin ərsəyə gəlməsində “Masal prodakşn”-a minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, “Zəfər yolu” sənədli filminin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montajçısı isə Faiq Mirzədir.

    Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.

    Bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir.

    İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq!









































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR