AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni İl sevdiyiniz ticarət mərkəzlərində yaşanacaq

  • + A
  • - A
  • 28-12-2021, 20:00

    Yeni İl sevdiyiniz ticarət mərkəzlərində yaşanacaq

    Ən möhtəşəm və ən əyləncəli Yeni İl sevdiyiniz ticarət mərkəzlərində yaşanacaq!

    Uşaqdan böyüyə hər kəsin böyük sevinclə gözlədiyi Yeni İlə saylı günlər qaldı!

    Hər il olduğu kimi bu il də ən sevilən ticarət mərkəzləri ziyarətçilərinə əsl bayram əhval-ruhiyyəsini yaşatmağa hazırlaşır. 30, 31 dekabr və 1, 2 yanvar tarixlərində ticarət mərkəzlərində əhvallar coşacaq!

    Ticarət mərkəzlərində baş tutacaq tədbirlərin proqramı bir-birindən zəngindir! Karikaturanızın çəkilməsini istəsəniz Port Baku Mall-a, üzən Santa görmək istəsəniz Dəniz Mall-a, “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşasını izləmək istəsəniz Gənclik Mall-a, “Robot şou” izləmək istəsəniz 28 Mall -a, orkestr ifasında canlı musiqi dinləmək istəsəniz Şüvəlan Mall-a, Gəncə və ətraf bölgələrdə yaşayırsınızsa Gəncə Mall-a baş çəkə bilərsiniz!

    Bu ilin bütün öncəki Yeni il tədbirlərindən daha bir fərqi isə bol hədiyyəli olmasıdır! Siz həm viktorinalara, həm də onlayn müsabiqəyə qoşularaq hədiyyə qazana bilərsiniz! Qaliblər Flash Kart, Chic&Chic, McDonald’s, Ali&Nino, Pink, Atelier Rebul, Kid’s Planet, Decoria, Calzedonia, Bir-İki Dönər, Cinnabon, iDo kimi brendlərin təqdim etdiyi xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar. Müsabiqə və viktorinalar haqda ətraflı məlumatı siz ticarət mərkəzləriniz sosial şəbəkələrindən əldə edə bilərsiniz.

    Ötən il pandemiya səbəbindən qeyd etmədiyimiz Yeni İli bu il doya-doya yaşamaq üçün yolunuzu mütləq sizə ən yaxın ticarət mərkəzindən salın!

    Ən sevdiyiniz ticarət mərkəzlərini İnstagram-da izləyin:

    28 Mall

    Port Baku

    Gənclik Mall

    Dəniz Mall

    Gəncə Mall

    Şüvəlan Park

    Amburan Mall


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR