AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon Mədəniyyət Mərkəzində “Zəfər yolu” sənədli filmi nümayiş olunub

  • + A
  • - A
  • 2-01-2022, 16:24


    Masallı Rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbəyə həsr olunmuş “Zəfər yolu” sənədli filmin nümayişi olub.

    "Masal Production"un istehsalı olan "Zəfər yolu" adlı ekran əsərinin nümayişində Milli Məclisin deputatları, rayon rəhbərliyi, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, şahid ailəsinin üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Filmin nümayişindən əvvəl çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov filmin yaradıcı kollektivini uğurlu ekran işinə görə təbrik ediblər.
    Natiqlər sənədli filmdə toxunulan məsələləri cəmiyyət üçün əhəmiyyətli hesab edərək filmin böyüməkdə olan yeni nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, tarix duyumu və vətəndaşlıq şüurunun formalaşmasında vacib rola malik olacağını qeyd ediblər.

    Sonra sənədli film nümayiş etdirilib.

    Ekran əsərində Vətən müharibəsi zamanı milli həmrəylik, xalq-ordu birliyi, əldə olunmuş tarixi Zəfər və digər mövzular barədə tarixçi-alimlərin, Milli Məclisin deputatlarının və tanınmış ictimai xadimlərin fikirlərinə yer verilib, Vətən müharibəsi iştirakçılarının həyat və döyüş yolundan bəhs olunub.

    Qeyd edək ki, sənədli filmin ideya və ssenari müəllifi "Masal Production"un rəhbəri Cəfər Cəfərovdur. Filmin quruluşu Elsevər Əliyev, montajı isə Faiq Mirzəyə aiddir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR