AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb

  • + A
  • - A
  • 6-06-2022, 17:15

    Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb

    İyunun 6-da Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger ilə görüşüb.
    Səfiri Milli Məclisdə salamlayan spiker Sahibə Qafarova, bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu bildirib. O, ötən dövr ərzində ölkələrimiz arasında bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Milli Məclisin sədri xüsusilə, enerji təhlükəsizliyi, ABŞ-ın Azərbaycanın təşəbbüskarı olduğu regional enerji layihələrinin həyata keçirilməsi istiqamətindəki dəstəyi, beynəlxalq terrorizmə qarşı mübarizə, iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlığı qeyd edib.
    Söhbət zamanı spiker parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışaraq, bildirib ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir və müxtəlif formatlarda mütəmadi görüşlər keçirilir. Azərbaycan yalnız federal səviyyədə deyil, ABŞ ştatlarının qanunverici orqanları ilə də əməkdaşlığın dərinləşməsində maraqlıdır.

    Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yaranmış yeni vəziyyət barədə məlumat verən spiker bildirib ki, Azərbaycan sülh və sabitliyin tərəfdarıdır. Ölkəmizin Vətən müharibəsində qələbəsi və 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi regionda yeni reallıqlar yaradıb. Azərbaycan ərazilərinin tezliklə minalardan təmizlənməsi və 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarının öz yurdlarına qayıtması üçün sürətli bərpa və quruculuq işləri aparır. İnanırıq ki, iki ölkə arasında sülh sazişi imzalanacaq və bu, region ölkələrinin inkişafına yeni təkan verəcəkdir.
    Səmimi görüş üçün təşəkkürünü bildirən ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş olduğunu, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini və münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, bu sahədə parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinin faydalı olacağından danışıb.
    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR