AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İslam Əməkdaşlıq Təşkilatı Şanlıurfanı 2023-cü ilin turizm şəhəri seçib - ÖZƏL

  • + A
  • - A
  • 4-07-2022, 17:07

    İslam Əməkdaşlıq Təşkilatı Şanlıurfanı 2023-cü ilin turizm şəhəri seçib - ÖZƏL


    Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İslam Əməkdaşlıq Təşkilatının 11-ci Turizm Nazirləri Konfransında Şanlıurfanın 2023-cü ilin turizm şəhəri seçildiyini bildirib.

    Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy Tvitter hesabından bu barədə etdiyi paylaşımında “İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Turizm Nazirlərinin 11-ci Konfransında 4 ölkənin namizədləri arasından Şanlıurfa 2023-cü il üçün turizm şəhəri seçilib. Özbəkistanın Xivə şəhəri isə 2024-cü il üçün mədəniyyət şəhəri olacaq. Xeyirli olsun.", - deyə bildirib.

    İyunun 27-29-da Azərbaycanın paytaxtı Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 11-ci Konfransı keçirilib. Konfransda Türkiyəni mədəniyyət və turizm nazirinin müavini Özgür Özkan Yavuz təmsil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR