Rusiya və Fransa liderləri arasında telefon danışığının yayımlanması "diplomatik etiket"in pozulmasıdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Diplomatik etiket belə səs yazılarının birtərəfli sızmasını nəzərdə tutmur. Biz prinsipcə danışıqları elə aparırıq ki, heç vaxt utanmalı bir şeyimiz olmur. Biz hər zaman düşündüklərimizi deyirik və bu sözlərə görə cavab verməyə, mövqeyimizi izah etməyə hazırıq", - XİN rəhbəri vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.