AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı yayının əsl multikultural caz dialoqu keçirilir - FOTO

  • + A
  • - A
  • 7-07-2022, 21:57

    Bakı yayının əsl multikultural caz dialoqu keçirilir - FOTO


    Azadmedia.az - Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və “Premier LTD” şirkətinin təşkilatçılığı, Yunus Əmrə İnstitutunun (Türkiyə) dəstəyi ilə 6-7 iyul tarixlərində “Bakı Yay Caz Günləri” (Baku Summer Jazz Days) festivalı keçirilir.

    Bu yayın əsl multikultural caz dialoqu iyulun 6-da Heydər Əliyev Mərkəzinin parkında təşkil edildi. Pandemiya səbəbindən yaranmış ikiillik fasilədən sonra fəaliyyətini bərpa edən festivalın açıq səma altında ilk konserti izləyicilərdə böyük təəssürat yaratdı.

    Konsert proqramını amerikalı cazmen və pianoçu Emmet Koen və onun rəhbərlik etdiyi “Emmet Kohen Trio” kollektivi açdı. Onlarla birgə səhnəyə tanınmış saksofon ifaçısı Patrik Bartli də çıxmışdı. “Qremmi” mükafatı laureatı olan Patrick Bartli multiinstrumentalist, bəstəkar və aranjimançıdır. O, həddən artıq universallığı, güclü səsi və ruhlandırıcı ifası ilə tanınır. Cazmenlər müəllif kompozisiyaları və improvizələrindən ibarət çıxışlarla Bakı tamaşaçıları və şəhərimizin qonaqlarının rəğbət və məhəbbətini qazandılar.

    Festivalın möhtəşəm konserti daha sonra caz trubaçısı Firudin Həmidovun çıxışı ilə davam etdi. Hazırda Azərbaycanın ən məşhur gənclər qruplarından biri olan “H3 Collective”in təsisçisi və rəhbəri olan Firudin Həmidovun fərqli ifaları Bakının caz ruhuna sanki sığal çəkdi. Kollektiv eysid-caz, fank-caz və müasir cazın digər janrlarında kompozisiyalarla çıxış etdilər.

    Tələbələrin, caz musiqi həvəskarları və turistlərin heyranlıqla izlədikləri konsert proqramı ölkəmizdə musiqiyə və xüsusən də caza yüksək marağın olduğunu bir daha sübut etdi.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR