Azadmedia.az - 2010-cu ildən etibarən tarixi diyarımız olan Şəkidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir. Cari ilin iyul ayının 7-9-da sənətsevərlər on birinci dəfə festivalın şahidi olacaqlar.
Festival çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, “Simurq” ansamblı, Şəkinin “Zirvə” folklor ansamblı və b. çıxışları nəzərdə tutulub.
“Şuşa İli” ilə əlaqədar olaraq konsertlərdə səslənən əsərlərin əksəriyyəti zəfərimizə həsr olunub.
Festivalın bədii rəhbəri, Xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir.