Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Eldarado Fish House” restoranının çirkab suları dənizə axıtması məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları restorana baxış keçirərkən çirkab suların təmizlənmədən dənizə ötürüldüyü üzə çıxıb.
Bu səbəbdən restoranın inzibatçısı Ə.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsi (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) üzrə protokol tərtib edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.