Ərəb Liqası İsrailin Qəzzadakı əl-Əhli Baptist xəstəxanasını bombalaması ilə əlaqədar bayrağını yarıyadək endirdiyini və 3 günlük matəm elan etdiyini açıqlayıb. Azadmedia.az xəbər verir ki, Misirin yerli mətbuat orqanlarının yaydığı məlumada görə, Ərəb Liqasının baş katibinin müavini səfir Hussam Zeki qurumun bayrağının yarıya qədər endirilməsini istəyib.
Qeyd olunub ki, “3 günlük matəm” qərarının İsrailin Qəzza zolağında yüzlərlə mülki şəxsin ölümü ilə nəticələnən hücumu ilə əlaqədar qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.