Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bəyan edib ki, İsrailin Fələstin torpaqlarında daha çox qeyri-qanuni yaşayış məskənlərinin tikintisi üçün yeni vəsait ayırması özünümüdafiə deyil.
Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell sosial media hesabında etdiyi paylaşımda belə deyib:
“Müharibənin ortasında (Oktyabrın 7-də başlayan Fələstinin "Həmas" müqavimət hərəkatı ilə) İsrail hökumətinin daha çox qeyri-qanuni yaşayış məskənləri tikmək üçün yeni vəsait ayırmağa hazırlaşdığını öyrənəndə məyus oldum” .
Borrell bunun özünümüdafiə olmadığını və İsraili daha təhlükəsiz etməyəcəyini vurğulayıb:
“Qeyri-qanuni məskunlaşmalar Beynəlxalq İnsan Haqlarının ciddi şəkildə pozulmasıdır və İsrailin ən böyük təhlükəsizlik problemidir".TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.