Beynəlxalq hüquq normalarına istənilən münaqişədə riayət olunmalıdır. Azadmedia.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
Belə ki, o bildirib ki, Ukrayna və Yaxın Şərqdəki hazırki vəziyyət olduqca fərqlidir.
Həmçinin “Ukrayna Rusiyanı təhdid etməyib və ona hücum etməyib. Ukrayna təcavüzün qurbanı olub”, - deyə Baş katib bildirib.
Bundan əlavə, Stoltenberq onu da vurğulayıb ki, hazırda NATO bütövlükdə Fələstin-İsrail münaqişəsinin həllində fəal iştirak etməsə də, bir sıra müttəfiqlər özünəməxsus şəkildə hərəkət edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.