BMT Baş katibi Antonio Quterreş ilk dəfə BMT Təhlükəsizlik Şurasının sədrinə məktub göndərib.
Azadmedia.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.
Belə ki, Düjarrik qeyd edib ki, baş katib Qəzza və İsraildəki insan tələfatının miqyasını nəzərə alaraq BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək, TŞ-nın sədrinə məktub ünvanlayıb.
Bildirilib ki, bu, Quterreşin sədr kimi 2017-ci ildən bu yana TŞ-yə göndərdiyi ilk məktubdur
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.