Bakı şəhərində “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəlllüdlü Murad Əşrəfov ayağını çölə çıxardaraq cəmiyyətə açıq hötmətsizlik edərək ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaratmaqla avtomobil idarə edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Unikal"a bildirib ki, həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilb:
"İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs cəzası verilib".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.