AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"AZƏRİQAZ" İB SİYƏZƏN RAYONUNDA SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİB

  • + A
  • - A
  • 28-10-2021, 17:41


    Bu gün "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası baş tutub. Siyəzən rayonunda təşkil olunan aksiyada quşçuluq təsərrüfatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. Çıxış edən sahibkarlar "Səyyar qəbul otağ"ının imkanlarından istifadə edərək öz problemlərini səsləndiriblər. Görüşdə "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Rəşad Cavadov, Birliyin digər struktur bölmələrinin rəhbərləri, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin və Siyəzən rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər. Sahibkarlarla keçirilən görüşün imkanlarından digər vətəndaşlar da yararlanıblar. Onlar da üzləşdikləri çətinliklərdən söz açıblar. Birlik tərəfindən daxil olan müraciətlərin araşdırılması üçün bütün müraciətlər qeydə alınıb.
    Qeyd edək ki, 3 aydır "Azəriqaz" İstehsalat Birliyi tərəfindən başlanılan "Açıq mikrofon" aksiyası vətəndaşların, eləcə də sahibkarların problemlərinin yerindəcə dinlənilməsinə və tez bir zamanda həll olunmasına xidmət edir.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR