AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"AZƏRİQAZ" İB-NiN NÖVBƏTİ "AÇIQ MİKROFON"U PAYTAXTIN NƏRİMANOV RAYONUNDA QURULDU

  • + A
  • - A
  • 18-07-2022, 15:29

    "AZƏRİQAZ" İB-NiN NÖVBƏTİ "AÇIQ MİKROFON"U PAYTAXTIN NƏRİMANOV RAYONUNDA QURULDU

    “Əsas məqsədimiz vətəndaşların yanında olmaq, onların təkliflərini dinləmək və müraciətlərini yerində araşdırmaqdır." AZADMEDİA.AZ xəbər verir ki, bu sözləri Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bu gün Nərimanov rayonu, Montin qəsəbəsində "Açıq mikrofon" aksiyası zamanı sakinlərin nəzərinə çatdırıb. Aksiya zamanı sakinlərin qazın təzyiqinin bəzi vaxtlarda aşağı olması, qaz sayğacının yenisi ilə əvəzlənməsi, fərdi qazlaşma və s. ilə bağlı müraciətləri qeydiyyata alınıb. Tədbirin sonunda Birliyin məsul şəxsləri qazın təzyiqinin aşağı olması ilə bağlı müraciət edən şəhid Asif Məmmədovun qardaşı Zaur Məmmədovun evinə gedərək şikayətini yerindəcə araşdırıblar. Onun mənzilindəki avadanlıqlara texniki qulluq göstərilib. Müraciətinin operativ həll olunmasına görə Zaur Məmmədov bu aksiyaların təşkilinə görə Birlik rəhbərliyinə öz təşəkkürünü bildirib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR