AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AİBNDX TÜİB-in keçirdiyi tədbirdə iştirak edib

  • + A
  • - A
  • 24-08-2022, 15:27

    AİBNDX TÜİB-in keçirdiyi tədbirdə iştirak edib

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) nümayəndələri Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkil etdiyi ənənəvi səhər yeməyində iştirak ediblər. Tədbirdə Türkiyə və Azərbaycandan olan iş adamlarına Dövlət Xidmətinin və tabeliyində olan qurumlarının fəaliyyət istiqamətləri, eləcə də indiyədək əldə olan nəticələr barədə ətraflı məlumat verilib. Bundan başqa, Dövlət Xidmətinin satınalmalar, rəqabət, keyfiyyət və istehlakçı hüquqları sahələrində aparılan institusional islahatlar, qeyd olunan sahələrdə gələcək planlar və dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti diqqətə çatdırılıb.
    Tədbirdə iştirak edən Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəsi keyfiyyət sahəsində Dövlət Xidməti ilə tərəfdaşlıq barədə fikirlərini bölüşüb və gələcək planlardan danışıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR