AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan Turizm Sammiti 2022” keçiriləcək

  • + A
  • - A
  • 28-11-2022, 17:05

    “Azərbaycan Turizm Sammiti 2022” keçiriləcək

    Dekabrın 8-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” tədbiri keçiriləcək.

    Tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.

    Bakı Konqres Mərkəzində baş tutacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edəcək.

    Tədbirdə iştirak etmək üçün 4 dekabr saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək lazımdır. https://bit.ly/3GNPmsb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR