AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun yenidən qurulması yekunlaşıb VİDEO/FOTO

  • + A
  • - A
  • 1-12-2022, 01:06

    H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun yenidən qurulması yekunlaşıb VİDEO/FOTO

    Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.

    Qeyd edək ki, H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-26 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndirilib.

    Görülən işlər çərçivəsində marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının və yol əsasının inşası, yolboyu asfalt-beton örtüyün döşənməsi işləri icra olunub, yolayrıcı betonlar düzülüb.

    Bundan başqa marşrut boyu geriyə dönmə hissələrinin, yolun yaşayış məntəqəsi daxilindən keçən hissəsində piyada səkilərinin və yeni işıqlandırma sisteminin yaradılması işləri də aparılıb. Layihə üzrə yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün tikintisi də yekunlaşıb.

    Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yolun 3.8-ci km-də yerüstü piyada keçidi inşa edilib. Keçidin uzunluğu 30, eni isə 3.5 metrdir.

    Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması da layihə üzrə yerinə yetirilən işlərdəndir.

    Layihə üzrə nəzərdə tutulan bütün işlər yekunlaşdırılaraq yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR