Növbəti ildən mikrosahibkarlıq subyektlərinin əksəriyyəti fəaliyyətini dayandırmalı olacaq. Xüsusən dövriyyəsi 15-25 000 arası olan və muzdlu içə cəlb etmədən tək fəaliyyət göstərənlər (ekspertlər, təlimçilər, kiçik sənətkarlıqla məğul olanlar və s.).
Azadmedia.az xəbər verir ki, bu həyəcanlı məlumatı iqtisadçı-ekspert Sahib Məmmədov səsləndirib. Ekspertin sözlərinə görə Vergi Məcəlləsinə edilən dəyişikliklə mikrosahibkarların (illik dövriyyəsi 200 000 az olanlar) gəlir vergisinə tətbiq olunan 75%-lik güzəşt ləğv olunur. Bu o deməkdir ki, gəlir vergisinin həcmi 20% təşkil edəcək. Bunun üstünə 1% nağdılaşma vergisi, bank xərclər, və hazırda 101 manat aylıq təşkil edən (icbari və tibbi sığorta bir yerdə) sığorta xərclərini də gələndə fəaliyyət mənasını itirir. Yəni nə qazansan ən azı 50%-ni verməlisən. Bəzi hallarda isə qazancın üstünə əlavə etməlisən (məsələn aylıq gəlir 100 manat olarsa, onun üzrəinə 1 manat da əlavə edib sosial sığorta xərclərinə, 5% gəlir vergisinə ödənilməlidir. Minimum əmək haqqı artasra 100 manata daha çox əlavə etmək lazım gələcək).
S.Məmmədov problem olsa da, onun bu yolla həllinin şəksiz ki, mikrosahibkarlığa ağır zərbə olacağını bildirib: "Bəzi ekspertlər yenə də qonşu ölkələrdə hesab açıb vergiləri başqa dövlətin büdcəsinə ödəyəcək. Mənim kimilər isə VÖEN-i dondurmaqla kifayətlənəcək".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.