AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NÖVBƏTİ HƏFTƏ PAYTAXTIN 5 RAYONUNDA “AZƏRİQAZ” İB-NİN “AÇIQ MİKROFON”U QURULACAQ

  • + A
  • - A
  • 16-07-2022, 11:55

    NÖVBƏTİ HƏFTƏ PAYTAXTIN 5 RAYONUNDA “AZƏRİQAZ” İB-NİN “AÇIQ MİKROFON”U QURULACAQ

    SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (18-22.07.2022 tarixləri) saat 11:00-da paytaxtın 5 rayonunda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü Nərimanov rayonunda (Montin qəsəbəsi, 57 nömrəli məktəbin yanı), 2-ci günü Yasamal rayonunda (Yeni Yasamal 1, bina 3), 3-cü günü Binəqədi rayonunda (M. Ə. Rəsulzadə qəsəbəsi, Ramiz Aboyev Parkının qarşısı), 4-cü günü Xətai rayonunda (Xocalı prospekti, Xocalı Parkı), 5-ci günü Nizami rayonunda (Şirin Mirzəyev və Məmmədəli Şərifli küçələrinin kəsişməsi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR